Bakıya gələn gəmini partlatmaq istədilər - Göyərtəsində 170 sərnişinlə

Bakıya gələn gəmini partlatmaq istədilər
Oxunma sayı: 3171

Türkmənistandan Bakıya gəlməyə hazırlaşan gəmidə terror aktının qarşısı alınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident avqustun 28-i qeydə alınıb. Ölkənin xüsusi xidmət orqanları Türkmənbaşı limanındakı “Bəxtiyar” adlı bərəyə partlayıcı keçirməyə hazırlaşan iki qardaşı saxlayıblar. Bildirilir ki, qardaşlar iki müxtəlif yerə bilet alıblar və partlayıcı maddələri ayrı-ayrılıqda içəri keçirərək bombanı bortda quraşdırmağı planlaşdırıblar. Onların planına əsasən, bomba Türkmənistan sularında partladılmalı idi. 

Qeyd edilir ki, terrorun nəzərdə tutulduğu gün gəmidə 170-ə yaxın sərnişin, 10-larla yük və minik avtomobili hərəkət edəcəkdi.

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi