Bakıya gələn turistlər üçün yeni sayt yaradıldı

bakiya-gelen-turistler-ucun-yeni-sayt-yaradildi
Oxunma sayı: 1958

Bakıya gələn turistlər üçün yeni sayt yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, Azərbaycanın turizm potensialını özündə əks etdirən http://azerbaijan.travel saytı yaradılıb. Bu saytın əsas izləyiciləri xaricilərdir.

K.Quluzadə bildirib ki, bu günlərdə isə  www.salambaku.travel saytı təqdim edilib. Burada Bakının bütün turizm potensialı əks olunacaq, Bakıya gələn turistlər üçün gəzməli-görməli yerlər, xidmətlərin qiymətləri və s. haqqında məlumatlar yerləşdiriləcək.