Bakıya gəlirdi, xəstəxanalıq oldu

bakiya-gelirdi-xestexanaliq-oldu
Oxunma sayı: 649

Məşhur müğənni Toni Brekston xəstədir. O, təhlükəli autoimmun xəstəliyi olan dəri vərəminin ağırlaşması ilə Los-Ancelesdə bir klinikaya yerləşdirilib. Bu xəbəri müğənninin "Twitter" səhifəsinə istinadən “Huffington Post” yayıb.

Müğənni öz mikrobloqunda “Dostlar mənim sağlamlığımla bağlı problem yarandığına görə xəstəxanadayam.Tezliklə evdə olacağam. Hər birinizə sevgi və dəstəyiniz üçün təşəkkür edirəm” yazıb.

Bir neçə gündən sonra isə müğənni bu gün evə getdiyini və bir neçə gün ona tibb bacısının qulluq edəcəyini yazıb.

Xatırladaq ki, müğənni dekabrın 17-18-də Bakıda konsert verməyi planlaşdırırdı. Ancaq onun konsert proqramı təxirə salındı.