Bakıya heyran qaldılar

bakiya-heyran-qaldilar
Oxunma sayı: 653

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Futbol Komitəsinin rəhbəri Keir Radnedge deyib.

K.Radnedge Azərbaycanın FİFA U-17 qadınlararası dünya çempionatına ev sahibliyi etməsini beynəlxalq idman aləmində böyük hadisə kimi qiymətləndirib və açılış mərasiminin möhtəşəm olduğunu qeyd edib.
Azərbaycan idmançılarının qazandığı uğurlardan məlumatlı olduğunu diqqətə çatdıran K.Radnedge Tofiq Bəhramov və Antoli Banişevskinin adlarının ölkənin futbolu tarixində qızıl hərflərlə yazıldığını da söyləyib.
Qonaq “Neftçi” klubunun Avropa Liqasının qrup mərhələsinə yüksəlməsinə də münasibət bildirib: “Bakının “Neftçi” futbol klubunun Avropa Liqası yarışlarının qrup mərhələsinə yüksəlməsi və ilk turda Serbiyanın “Partizan” komandası ilə heç-heçə oynaması Azərbaycanda idmanın bu növünün inkişaf mərhələsində olmasından xəbər verir”.