Bakıya nəqliyyat axını güclənir - Diqqət!

bakiya-neqliyyat-axini-guclenir
Oxunma sayı: 1816

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı Salyan rayonu ərazisində tədbir keçirib. Tədbir zamanı əvvəlcə Salyan postu ərazisində yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, avtobus və mikroavtobuslarla rayonlararası sərnişin daşıyan sürücülər saxlanılaraq avtomobillərə baxış keçirilib. Sürücü  və  sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Sürücülərin əsasən tibbi müayinədən keçməsi hallarına diqqət yetirilib. Onlara yorğun olduqları hallarda postlarda qısamüddətli istirahət etmək üçün imkan yaradıldığı bildirilib.

Minik avtomobilinin sürücülərindən daha çox təhlükəsizlik kəmərindən istifadə etməyən, sükan arxasında mobil telefondan istifadə edənlərə rast gəlinib. Onlara bunun təhlükəli elementləri barədə bir daha məlumat verilib. 


Sürücülərin nəzərinə çatdırılır ki, istirahət mövsümü başa çatmaq üzrədir və bu səbəbdən də bölgələrdən paytaxta nəqliyyatın hərəkətində intensivlik müşahidə olunur. Bu baxımdan avtobus və mikroavtobusları idarə edən sürücülərdən, eləcə də digər hərəkət iştirakçılarından avtomobil idarə edən zaman istirahət rejiminə ciddi nəzarət etmələri xahiş olunur.