Bakıya uçan təyyarədə bomba həyəcanı - Cinayət işi açıldı

bakiya-ucan-teyyarede-bomba-heyecani
Oxunma sayı: 3244

Biznes-klassda əyləşməsinə izn verilməyən Novosibirsk - Bakı aviareysinin sərnişini təyyarəni partladacağı ilə hədələyib. “Qafqazinfo” xəbər verir ki, ötən gün Novosibirskin “Tolmaçevo” aeroportuna sərnişinlərdən birinin partlayış təhlükəsi yaradaca biləcəyi ilə bağlı informasiya daxil olub. Dərhal Rusiya DİN-i faktla bağlı məlumatlandırılıb. 

Hadisə yerinə gedən polislər müəyyən ediblər ki, 51 yaşlı Novosibirsk sakini ekonomdan biznes-klassa keçmək istəyib. Lakin ekipaj üzvlərini onun istəyini rədd ediblər. Kişi cavabında üzərində bomba olduğunu və təyyarəni partladacağını deyib. 

Sərnişinlər dərhal evakuasiya ediliblər, təyyarə və sərnişinlərin baqajı isə yenidən yoxlamadan keçib. Heç bir partlayıcı vasitə aşkar edilməyib və təyyarə Bakıya uçuş edib. 

Faktla bağlı sərnişinə qarşı “terror aktı ilə bağlı yalan məlumat vermə” maddəsi ilə cinayət işi açılıb.