Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq - Sabahın hava proqnozu

bakiya-yagis-dagliq-erazilere-qar-yagacaq
Oxunma sayı: 636

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, gecəyə doğru  yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. 
 
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-11° isti, gündüz 14-17° isti, Bakıda gecə 8-10° isti, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  754 mm civə sütunundan 765 mm civə sütununa  yüksələcək. Nisbi rütubət   gecə 75-85 %, gündüz  60-70 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, aprelin 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı,  dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.