Bakıya yağış yağır

bakiya-yagis-yagir
Oxunma sayı: 3038

Bakıda leysan xarakterli yağış yağıb.

“Qafqazinfo”nun məlumatına görə, 1 saatdan çoxdur ki, yağan aramsız yağışlar paytaxt yollarında tıxaca səbəb olub, küçələr iflic vəziyyətə düşüb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcəyinə dair məlumat yayıb.

Xatırladaq ki, Bakıya son 1 neçə ildə yağan yağışlar fəsadsız ötüşmür.