“Bakıya yenə qayıtmaq istərdim” - Yarolim

“Bakıya yenə qayıtmaq istərdim”
Oxunma sayı: 846

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizin qonağı olacaq Çexiya yığmasının baş məşqçisi Karel Yarolimin mətbuat konfransı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, 61 yaşlı mütəxəssis birbaşa sualları cavablandırıb:

- Sabahkı oyuna komandanı tam hazırlaya bilmisiz?

- Bəli, bu oyuna yaxşı hazırlaşmışıq. Şimali İrlandiya ilə matçdan sonra oyun keyfiyyətimizi maksimum yaxşılaşdırmağa çalışırıq. Rəqib haqda məlumatımız var. Azərbaycan millisi xüsusilə, müdafiə xəttində yaxşı təsir bağışlayır. Rəqib də sabah qalib gəlməyə çalışacaq.

- San Marino və Azərbaycan kimi millilərin yer aldığı qrupda cəmi 9 xal yığmamğınız sizcə də faciə deyil?

- Biz də istəyərdik ki, daha çox xal toplayaq. Lakin nə edək ki, belə alındı. Fakt budur ki, hazırda 9 xalımız var. Qarşıdakı oyunlarda çalışacağıq ki, xal ehtiyatımızı bir az da artıraq.

- Sizcə, nəyə görə sizə yerli jurnalistlər daha çox sual verir, nəinki çex?

- Yerli jurnalistlər bura gəlməmişdən öncə bu oyunla bağlı çoxlu suallar vermişdilər. Yerli jurnalistlər bu oyunla bağlı çox məlumatlıdırlar. İstərdik ki, daha çox xalımız olsun. Son oyunlarımzda da xallar qazanmağa çalışacağıq.

- Sabah müdafiə xəttində kimlərə şans verəcəksiz?

- Bununla bağlı dəqiq məlumat verə bilmərəm. Çünki hər an dəyişə bilər. Ola bilsin, bu dəqiqə başqa futbolçuya şans verməyi düşünüm, lakin sonra fikrimi dəyişim. Bugünkü məşq həlledici olacaq.

- AÇ-2020-nin seçmə mərhələsində heyətdə dəyişiklik olacaq? Növbəti qitə birinciliyinin bir neçə oyunu Bakıda keçiriləcək. Bura qayıtmaq perspektivini necə görürsüz?

- Bu heyətin 90 faizi növbəti tsikldə də komandada olacaq. Yəni ciddi dəyişiklik olmayacaq. O ki qaldı Avropa çempionatına vəsiqəyə, istərdim ki, Bakıya yenə qayıdım. Nəinki məşqçi, həm də turist kimi.

- Çexiya millisinin artıq qrupdan çıxmaq şansı yoxdu. Sabahkı oyunda yeni futbolçulara şans vermək ehtimalınız nə qədərdi?

- Keçən il Ostravada keçirilən oyunla müqayisədə çox dəyişiklik etməmişəm. Tez-tez bəzi yeni oyunçuları sınayıram. Ancaq sabahkı oyunda ciddi dəyişiklik gözlənilmir.

- Rəqibin hansı oyunçularından çəkinirsiz?

- Rəqib futbol oynamağı bacarır. Azərbaycan millisinin xüsusilə, müdafiə xəttini fərqləndirərdim. Futbolçulardan Riçard Almeydanın adını çəkə bilərəm. Rəqib cinahlarda və yarımmüdafiənin mərkəzində güclüdü.

- Sabahkı oyuna bilet çox ucuzdur. Sizcə, bu nə ilə bağlıdı?

- İlk dəfədi bunu eşidirəm. Çünki başqa işlərim olur. Bilet qiymətləri ilə maraqlanmıram. Yəqin ki, bu, daha çox azarkeşi stadiona cəlb etmək üçündür.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi