Bakıya yeni avtobuslar gətirildi - Fotolar

bakiya-yeni-avtobuslar-getirildi
Oxunma sayı: 4171

Bu gündən etibarən 39 nömrəli müntəzəm marşrut üzrə də sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək. “Qafqazinfo” xəbər verir ki, mu məqsədlə 10 ədəd yeni sərnişin avtobusları gətirilib.

Avtobuslar "Avro 5" standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Onu da qeyd edək ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Artıq avtobusların müəyyən hissəsi Bakı şəhərindədir. 

Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq.