Bakıya yeni avtobuslar gətiriləcək

bakiya-yeni-avtobuslar-getirilecek
Oxunma sayı: 720

Onun sözlərinə görə, bu ilin sonunadək Bakıya Cənubi Koreya istehsalı olan "Daewoo" markalı 300 ədəd iritutumlu avtobus gətirilməsi nəzərdə tutulur. Sözügedən avtobusların ilk partiyası mart ayında paytaxta gətiriləcək. İndi bununla bağlı sözügedən şirkətlə danışıqlar aparılıb və razılığa gəlinib.

N.Həsənov vurğulayıb ki, avtobuslardan şəhərdaxili marşrut xəttləri üzrə istifadə olunacaq: “Bütün bu işlər ölkə başçısı İlham Əliyevin Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair sərəncam və göstərişlərinə uyğun olaraq aparılır. Gətiriləcək avtobuslar, funksiya baxımından bundan əvvəl gətirilmiş "Daewoo" markalı avtobuslarla eynilik təşkil edəcək.”