Bakıya yeni prokuror təyin olundu

bakiya-yeni-prokuror-teyin-olundu
Oxunma sayı: 1414

Bakı şəhərinə yeni prokuror təyin edilib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib.
 
İ. Abbasov bu gün Bakı şəhər Prokurorluğunun kollektivinə təqdim olunacaq.
 
Qeyd edək ki, Bakı şəhər prokuroru olmuş Əziz Seyidovun səlahiyyət müddəti başa çatıb.
 
Aprelin 25-də Ə. Seyidov Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.

***

Lent.az xəbər verir ki, Naxçıvan şəhərində anadan olmuş 43 yaşlı İlqar Abbasov bu vəzifəyə təyin edilənədək müxtəlif vəzifələrdə çalışıb. O, daha əvvəl Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.
 
İ.Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb.