“Akkord” Kürün qarşısını kəsdi - Fotosessiya

akkord-kurun-qarsisini-kesdi-fotosessiya
Oxunma sayı: 718

“Qafqazinfo”nun məlumatına görə, həmin vaxt təbii fəlakətlə üzləşmiş rayonlarda kəndlərin xilas edilməsi işində fövqəladə əmək sərf etmiş “Akkord” analoji fəaliyyətini bu il də davam etdirib. Lakin ötən illərdən fərqli olaraq Korporasiyanın builki fəaliyyəti əsasən, daşqınların törədə biləcəyi fəsadların qabaqlanması üçün profilaktik tikinti-bəndsalma işləri ilə bağlı olub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 76s saylı 07 mart 2011-ci il tarixli sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişi əsasında “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC “Kür və Araz çayları boyunca mövcud mühafizə bəndlərinin möhkəmləndirilməsi və hündürləşdirilməsi” layihəsinin icrasını öz üzərinə götürüb. 28 mart 2011-ci ildən başlayaraq əraziyə müvafiq texnika və işçilərin cəlb olunması prosesi həyata keçirilib. Ötən dövr ərzində Kür çayının sağ və sol sahili üzrə mühafizə bəndlərinin tikintisi üzrə gərgin işlər görülüb. Qısa vaxtda Kür çayının sol sahil mühafizə bəndində - Salyan rayonunun Pratmangəncəli kəndində 133000m3, Çuxanlı kəndində 259000m3, Babazanlı kəndində 59500m3, Neftçala rayonunun Şorkənd kəndində 56000m3, Qaraqaşlı kəndində 143500m3, Beşdəli kəndində 108500m3, Kür çayının sağ sahil mühafizə bəndində Salyan rayonunun Beşdəli kəndində 42000m3, Xocalı kəndində 189000m3, Ərəbqardaşbəyli kəndində 213500m3 olmaqla cəmi 1204000 m3 torpaq işləri yerinə yetirilib. Nəticə etibarilə Kür çayının sağ sahilində 12,7 km, sol sahilində 21,7 km olmaqla, ümumilikdə, 34 km mühafizə bəndi tikilib. İşlərin böyük bir qismini daşqınlar mövsümünün ən intensiv vaxtında həyata keçirən “Akkord” bütün bu işlərin görülməsi üçün əraziyə 140 nəfər işçi, 20 inşaat texnikası, 45 özüboşaldan yük maşını, 10 ədəd digər köməkçi nəqliyyat vasitələri cəlb edib. Gərgin şəraitdə aparılan intensiv işlər qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan yaradıb və “Akkord” bu layihəni vaxtından əvvəl, uğurla tamamlayaraq tikinti ərazisinə düşən 9 kəndin təhlükəsizliyini tam şəkildə təmin edib.

Nigar Məmmədli