“Bakmil” metrosunda məhdudiyyət olacaq

bakmil-metrosunda-mehdudiyyet-olacaq
Oxunma sayı: 1351

Noyabrın 6-dan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq.

"Bakı Metropoliteni" QSC-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 6-dan günün müəyyən saatlarında "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət tətbiq olunacaq. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Məhdudiyyət hər gün saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edəcək.