Aksiya iştirakçıları yolu bağladılar - Fotosessiya

aksiya-istirakcilari-yolu-bagladilar-fotosessiya
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, Bakı şəhərinin bütün istiqamətlərindən taksi sürücüləri Nəqliyyat Nazirliyinin qarşısına toplaşıblar. Aksiyaya 300-ə yaxın sürücü qatılıb. Taksi sürücüləri naziriliyin qarşısındakı yolu bağlayıblar. Sürücülər yaradılacaq məhdudiyyətlərlə bağlı şüarlar səsləndiriblər.

Polis etiraz aksiyasına müdaxilə edib. Polisin müdaxiləsi ilə yolda avtomobillərin hərəkəti bərpa edilib. Taksi sürücülərindən 3-ü polis bölməsinə aparılıb. 10 nəfər aksiya iştirakçısı Nəqliyyat Nazirliyinin səlahiyyətli şəxsləri ilə danışıqlar üçün nazirliyə daxil olub.

Hal-hazırda etiraz aksiyasının iştirkaçılarının hadisə yerindən uzaqlaşdırılması üçün tədbirlr görülür.

Qeyd edək ki, taksi sürücüləri Nəqliyyat Nazirliyinin nəzərdə tutduğu islahatların, xüsusilə də "sovet maşınları" kimi tanınan avtomobillərlə vətəndaşlara taksi xidməti göstərməyin yasaqlanmasının minlərlə ailəni çörəksiz qoyacağından adi dolanışıq imkanından məhrum edəcəyindən əndişəlidirlər və buna etiraz edirlər.