Aksiya keçirən Salyanlıya iş verildi

aksiya-keciren-salyanliya-is-verildi
Oxunma sayı: 684

Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov “Qafqazinfo”ya bildirib ki, hakim Aqil Quliyevin 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası barədə qərar çıxarıb.

Xatırladaq ki, Aqil Quliyev ötən il noyabrın 28-də Qarabağlı kənd sakinlərinin təbii qazın verilməməsinə etiraz olaraq Şirvan-Salyan avtomobil yolunu bağladıqları aksiya dağıdılarkən sahə müvəkkili Elşən Yusifova xəsarət yetirməkdə təqsirli bilinirdi. Sahə müvəkkili məhkəmədə də çıxış edərək Aqilə 6 ay deyil daha artıq cəza verilməsini istəyib. Amma hakim bu istəyi nəzərə almayıb. Belə ki cinayət məcəlləsinin 315.1 maddəsi ilə ittiham olunan A. Quliyev 3 ilədək azadlıqdan məhrum oluna bilərdi.