“Baku Guide” kataloqunun növbəti sayı çıxdı - Fotolar

“Baku Guide” kataloqunun növbəti sayı çıxdı
Oxunma sayı: 505

“Baku Guide” kataloqunun 2018-ci il fevral buraxılışı nəfis tərtibat, dizayn və yenilənmiş formatda çapdan çıxıb.“Qafqazinfo” xəbər verir ki, ingilis və rus dillərində hazırlanan kataloq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış xüsusi əmtəə nişanı ilə “Baku Guide” MMC tərəfindən nəşr olunur.

Kataloqun bu sayı da maraqlı yazılar, illüstrativ materiallar, diqqətəlayiq məlumatlar, faydalı informasiyalarla zəngindir.Nəşrin “Bakını kəşf et” bölməsində Azərbaycanın qış marşrutları – paytaxtdan 3-4 saatlıq yol olan Şamaxı, İsmayıllı və Xınalığa (Quba) səyahət, ölkəmizin qış turizmi və ekstremal idman imkanları barədə söhbət açılır, Bakının qış menyusu – mövsümün ləziz milli mətbəx nümunələrindən bəhs olunur.

Bölmədə həmçinin gənclərin aktiv istirahəti, balacalar üçün əyləncə mərkəzləri barədə məlumat verilir. “Bakının musiqili axşamları” yazısı milli və xarici musiqilərin müşayiəti ilə nahar və şam etmək istəyənlərə ünvanlanıb.

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi