“Baku Steel Company” “Simens”lə müqavilə bağladı

baku-steel-company-simensle-muqavile-bagladi
Oxunma sayı: 846

Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, layihədə mövcud sobanın Almaniyanın Siemens VAİ firmasının istehsalı olan daha müasir - 50 tonluq soba ilə əvəz olunması nəzərdə tutulur. İstehsalın yenidənqurulmasının 1-ci mərhələsində yeni sobanın qurulması zavodun 1-ci sahəsində istehsal həcminin 350 min tondan 500 min tona qədər artırılmasına şərait yaradacaq.

Yeni soba ilə yanaşı toz və tüstütütucu qurğuların da yenidənqurulması həyata keçiriləcək. Almaniyanın ən müasir metallurgiya zavodlarında uğurla tətbiq olunan bu təmizləyici qurğular tam avtomatlaşdırılıb, havaya atılan bütün zərərli maddələrin miqdarına avtomatik nəzarət mexanizminə malik olan cihazlarla təchiz olunub.

Yeni layihə “Baku Steel Company” MMC-ni Avropanın ən müasir metallurgiya zavodları ilə bir sırada qoymaqla yanaşı, onun istehsal gücünün 1 milyon 100 min tona çatdırılmasına imkan verəcək.