Bal ayından qayıdarkən qəzaya düşdülər - Gəlin öldü

Bal ayından qayıdarkən qəzaya düşdülər
Oxunma sayı: 4634

Türkiyədə bal ayından qayıdan bəylə gəlin qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Aksaray-Nevşehir yolunda baş verib.

Cütlüyün içində olduğu avtomobil TIR-la toqquşub. Qəza nəticəsində 26 yaşlı gəlin Semra Yurtsevən  ölüb, əri Sefa Yurtsevən isə yaralanıb.

Qeyd edək ki, qəzaya baxmayaraq, TIR-ın sürücüsü Abdullah Ayaz yoluna davam edib. O, hadisənin baş verdiyi ərazinin 20 km uzaqlığında saxlanılıb. Sürücü hadisənin fərqində olmadığını bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi