Bal yarmarkasından 15 ton bal geri qaytarılıb

Bal yarmarkasından 15 ton bal geri qaytarılıb
Oxunma sayı: 1078

Azərbaycan Arıçılar Assosiasiyasının Bakıda keçirdiyi bal yarmarkasına dəvət olunan 3 arıçı yarmarkadan uzaqlaşdırılıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun sözlərinə görə, yarmarkaya 335 arıçı cəlb edilib: “Yarmarka qabağı ballar laborator müayinədən keçirilib və 3 arıçının balı standartlara cavab vermədiyi üçün yarmarkadan uzaqlaşdırılıb. Həmin arıçılar Daşkəsən və Astara rayonlarından gəlmişdilər. Onların məhsulları normativlərə cavab vermədiyi üçün satışa buraxılmadı. Ümumilikdə, 332 arıçı yarmarkada iştirak edib. Yarmarkaya gətirilən 122 ton süzülmüş baldan 107 ton balın satışa çıxarılmasına icazə verilib. Yarmarkada həmçinin, 5 ton şan balı satışa çıxarılıb. Qalan 15 ton bal laborator müayinələrdən sonra standartlara cavab vermədiyi üçün geri qaytarıldı”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 10-dan noyabrın 5-dək Azərbaycan Arıçılar Assosiasiyası tərəfindən Bakıda bal yarmarkası keçirilib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi