“Bala - başa bəla!”dan 24 il sonra yenidən bir araya gəldilər - Fotolar

“Bala - başa bəla!”dan 24 il sonra yenidən bir araya gəldilər
Oxunma sayı: 6930

1995-ci ildə rejissor Şərif Qurbanəliyevin məşhur “Bala - başa bəla!” tammetrajlı bədii televiziya film-tamaşasında rol alan Xalq artistləri Afaq Bəşirqızı, Səidə Quliyeva və Cahangir Novruzov 24 il sonra yenidən bir araya gəliblər.

“Qafqazinfo”nun məlumatına görə, onlar bu dəfə də rejissor, "Sabah” Yaradıcılıq Birliyinin rəhbəri Şərif Qurbanəliyevin ekran işində rol alıb. Hüseynbala Mirələmov və Dilsuz Mustafanın hekayələrinin motivləri əsasında çəkilən “Zəng” tammetrajlı bədii filmi yaxın zamanda tamaşaçılara təqdim ediləcək.

Onlarla yanaşı, filmdə Xalq artisti Məbud Məhərrəmov, Əməkdar artist Qurban Məsimov, aktyorlar Ramin Şıxəliyev, Səbinə Məmmədova, Arif Kərimov və başqaları rol alıb.

“Zəng"də baş rol - Ataxan obrazını, Azərbaycanın görkəmli teatr və kino xadimi, Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Ataxanın həyat yoldaşı Anaxanım surətini isə Xalq artisti Səidə Quliyeva canlandıracaq. Bu dəfə də eynilə “Bala - başa bəla!”da olduğu kimi Cahangir Novruzovun ifa etdiyi obrazın bacısının surətini – Qızbəs obrazını Xalq artisti Afaq Bəşirqızı yaradacaq.  

Filmin ssenari müəllifi Şərif Qurbanəliyev, quruluşçu operatoru Eldar Məmmədov, rəssamı Rəfael Əlizadə, bəstəkarı Firudin Allahverdi, prodüseri Xalq artisti Ramiz Həsənoğludur.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi