“Balaca”nın əmlakı siyahıya alınıb

balacanin-emlaki-siyahiya-alinib
Oxunma sayı: 644

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, A. Əmirovun fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən, onun 2009-cu ilin noyabr ayından bəri 3 min 513,7 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Qanunvericilikdə nəzərdə tutulan bütün tədbirlərin görülməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə və sonuncu dəfə 2012-ci ilin iyul ayının 23-də vergi borcu haqqında bildirişin göndərilməsinə baxmayaraq, vergi ödəyicisinin dövlət büdcəsinə olan borcları ödənilməyib.

Buna görə də avqust ayının 10-da Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi A. Əmirova məxsus əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb, vergi orqanı əməkdaşları tərəfindən ona məxsus “Balaca” uşaq geyimləri mağazasında 3 min 555 manat məbləğində müxtəlif növ uşaq geyimlərinin müvafiq qaydada siyahıya alınması həyata keçirilib.

Nigar Məmmədli