Balakəndə güclü yanğın oldu

balakende-guclu-yangin-oldu
Oxunma sayı: 916

Balakəndə yanğın faktı qeydə alınıb.“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, rayonun İtitala kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 110 m² sahədə yanıb.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.