Balakəndə yanğın olub

balakende-yangin-olub
Oxunma sayı: 805

Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Qasbinə kəndində fermanın ərazisində talvarın altına yığılmış 11 ton ot bağlamasının 6 tonu və yaxınlıqdakı “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.