“Balalarım bir-birinin paltarını geyirlər” - Hadi Rəcəbli

balalarim-bir-birinin-paltarini-geyirler
Oxunma sayı: 5179

“Mən həmişə hər yerdə uşaqların ailələrdə çox olmasının tərəfdarıyam. O zaman böyük qardaş balaca qardaşa kömək edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Oxu.az-a müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. O, qeyd edib ki, bir vaxtlar balaca qardaş böyük qardaşın paltarını geyinirdi: “İndi ailələrdə bu söhbəti salmaq olar? Deyir, necə yəni, mənim uşağım getsin sənin uşağının paltarını geyinsin, ola bilməz və sair. Ancaq mənim balalarım, nəvələrim, bu oğlumun uşağı o biri oğlumun uşağının paltarını geyir.

O qızımın uşağının paltarını bu biri qızımın uşağı geyinir. Bizim ailədə bu məsələyə pis baxılmır. Ailələr var ki, buna pis baxırlar. Amma hamı bir-birinin əlindən tutanda, problemlər də həll olunur”.