“Balam ölsün, problemlərinizi həll edəcəyik” – İcra başçısı

balam-olsun-problemlerinizi-hell-edeceyik-icra-bascisi
Oxunma sayı: 655

Rayondakı mənbələrdən daxil olan məlumatda bildirilir ki, icra başçısı aksiya iştirakçılarını sakitləşdirmək üçün onlara tələblərinin yerinə yetirilməsinə dair söz verib. Polisin iştirakı ilə camaatı avtobuslara mindirib İH binasının qarşısından uzaqlaşdırmaq istədikdə aksiyaçılar buna müqavimət göstərərək oradan uzaqlaşmaq istəmədiklərini bildiriblər.

Saat 10:30-da Siyəzəndəki mənbə bildirdi ki, aksiya iştirakçıları Siyəzənin mərkəzi küçəsi olan Heydər Əliyev prospektini bağlayıb yürüş keçiriblər.

Siyəzəndən aldığımız son məlumata görə, icra başçısı şikayətçilərin qarşısına çıxaraq, onlara "balam ölsün, üç gün ərzində problemlərinizi həll edəcəyik" deyə söz verib və etiraz edənləri dağılışmağa çağırıb. Daha sonra polislər hərəkətə keçərək fəhlələri zorla avtobuslara dolduraraq broyler fabrikinə yola salıblar.

Şikayətçilər verilən vədin deyilən müddətdə yerinə yetirilməyəcəyi təqdirdə yeni etiraz aksiyası təşkil edəcəklərini bildiriblər.

Ən son məlumata görə, hakimiyyət orqanları fəhlələrin sosial tələblərlə keçirdiyi aksiyadan necə narahat olublarsa, yaxın rayonların - Quba, Xaçmaz və Şabranın polis şöbələrinin əməkdaşlarını səfərbər edərək Siyəzənə göndəriblər. /musavat.com/