Balaxanıda mindən çox ağac əkildi - Fotolar

balaxanida-minden-cox-agac-ekildi
Oxunma sayı: 779

IDEA İctimai Birliyinin təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda növbəti ağacəkmə aksiyası keçirilib. Hər üç qurumun əməkdaşlarının iştirak etdiyi aksiyada 1000-dən çox ağac əkilib.

“Qafqazinfo” xəbər verir ki, Ağaclar əkilən ərazidə xüsusi suvarma sistemi qurulub. “Təmiz Şəhər” ASC-nin əməkdaşları daim ağaclara qulluq edəcək.

Poliqon ərazisində yaşıllaşdırma işlərinin aparılması artıq ənənəyə çevrilib və bir neçə ildir ki, IDEA-nın, İqtisadiyyat Nazirliyinin və “Təmiz Şəhər”in əməkdaşları burada ağacəkmə aksiyaları keçirirlər. Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib.

Qeyd edək ki, son illər yaşıllığa çevrilən poliqon ərazisi əvvəllər məişət tullantılarının açıq şəkildə atıldığı sahələr idi. Tullantı qoxusu, yanma nəticəsində yaranan tüstü ətrafa yayılırdı.

Görülmüş kompleks tədbirlər nəticəsində qısa müddətdə məişət tullantılarının alışmasının və tüstülənmənin qarşısı tamamilə alınıb, 120 hektar əraziyə malik poliqonda lazımi infrastruktur yaradıldı və hazırda tullantıların ekoloji tələblərə tam əməl olunmaqla qəbulu həyata keçirilir.