Balaxanıda silah-sursat tapıldı

Balaxanıda silah-sursat tapıldı
Oxunma sayı: 900

Sabunçu rayonunda saxlanılan şəxslərin üzərindən tapança və avtomat aşkar edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, əvvəllər məhkum olunmuş, Maştağa qəsəbə sakini İmran Cavadov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb.

Onun evinə baxış keçirilən zamanı çarpayının altında gizlətdiyi 1 ədəd “Naqan” markalı tapança və 3 ədəd patron aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan tapançanın istifadəyə yaralı olması barədə rəy verilib.

Digər bir əməliyyat nəticəsində isə əvvəllər məhkkum olunmuş, Balaxanı qəsəbə sakini Bəybala Qarabəyov saxlanılıb. Onun üzərində axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 10 ədəd patron “AKS-74” markalı avtomat aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Murad Əhməd



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi