Alimlərin əmək pensiyaları artırılacaq

<b>Alimlərin əmək pensiyaları artırılacaq </b>
Oxunma sayı: 141

Bu barədə “Qafqazinfo”ya Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Bildirilib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əlavə edilməsi barədə müvafiq təkliflər Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə təqdim olunub. Təqdim olunan layihəyə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya tədris müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyasının baza hissəsinin üzərinə əlavələr ediləcək. Layihəyə əsasən, qeyd olunan kateqoriyadan olan pensiyaçıların pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat məbləğində, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanması nəzərdə tutulur.

Artımlar təxminən 5960 nəfər pensiyaçıya şamil olunacaq. Onlardan 1460 nəfəri elmlər doktoru, 4500 nəfəri isə elmlər namizədidir. Qanuna edilən dəyişiklik işləməyən elmlər doktorlarına və elmlər namizədlərinə şamil ediləcək. Dəyişikliklərdə nəzərdə tutulan pensiyaların ödənilməsi üçün il ərzində təxminən 10 milyon manat vəsait tələb olunacaq.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi