Balıqçı özünü bacısına görə öldürübmüş

baliqci-ozunu-bacisina-gore-oldurubmus
Oxunma sayı: 704

Xəbər verdiyimiz kimi, Lənkəranda 38 yaşlı balıqçı özünü asıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şirinsu kəndində yaşayan Caniyev Qurban Əliheydər oğlu bir neçə gündür ki, içkiyə aludə olubmuş. 

Mərhum dünən gecə saatlarında da spirtli içki qəbul edib. Səhərə yaxın evinə gələrək pilləkanın altında özünü asıb. 

İlkin ehtimala görə, Q.Caniyev bir müddətdir bacısı ilə aralarında olan mübahisəli mövzuya görə özünü öldürüb.

Onun 14 yaşlı qızı və 9 yaşlı oğlu var.