Balıqçı xilas olundu

baliqci-xilas-olundu
Oxunma sayı: 648

Bakıda balıq tutmaq üçün dənizə gedən şəxs batmaq təhlükəsilə üzləşib. “Qafqazinfo”nun Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bir nəfər balıq tutmaq məqsədi ilə rezin qayıqda Bakı şəhəri, Səbail rayonu ərazisindən dənizə çıxıb və küləkli hava şəraitində (sahildən, təxminən, 5 km dənizin içinə doğru, "Şıx-2" sularda xilasetmə məntəqəsindən, təxminən, 4 km məsafədə, nəzarət olunmayan ərazidə) köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və vətəndaşı xilas etmişlər. Əməliyyat saat 11:00-da başa çatıb.

Eldar