Alla Puqaçova Putinin rəqibi üçün himn yazdı - Video

alla-puqacova-putinin-reqibi-ucun-himn-yazdi-video
Oxunma sayı: 651

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, “Ən yüksək” mahnısının video çarxı hələ ki Makareviçin saytında yerləşdirilib. Proxorovun mətbuat xidməti bildirib ki, “himn” martın 4-də, prezident seçkiləri keçirildiyi zaman ictimaiyyətə təqdim ediləcək. Alla Puqaçova Makareviçlə çoxdan mahnı yazdırmaq istədiyini və indi əlinə yaxşı bir fürsət düşdüyünü deyib: “Proxorovu prezident seçirik”.

Xatırladaq ki, Rusiyalı milyarder Mixayıl Proxorov, komissiyanın təyin etdiyi son müddətə bir neçə saat qalmış 2.1 milyon səs toplayaraq, prezidentlik uğrunda mübarizəyə rəsmi şəkildə qoşulmuşdu.

Səidə

allapug.flv