“Allah islamdan başqa heç bir din göndərməyib”

allah-islamdan-basqa-hec-bir-din-gondermeyib
Oxunma sayı: 655

Əhmədinejad deyib ki, Allah yer üzündəki bütün insanlara yalnız bircə din göndərib: “Allah xristianlıq və iudaizm adlı dinlər göndərməyib. Həzrət İbrahim, Həzrət Musa və Həzrət İsa sadəcə olaraq islam dininin carçıları olublar. İslam beynəlxalq bir dindir. Allah bircə din göndərib, o da islamdır. Allah insanlara islamdan başqa heç bir din göndərməyib.

Bizim əziz peyğəmbərimiz peyğəmbərlərin xatəmi olaraq bütün dünyaya aiddir. İslam peyğəmbəri Həzrət Məhəmməd həm də Amerika, Avropa və Asiyada yaşayan insanların peyğəmbəridir. O, buddistlərin də peyğəmbəridir və bütün insanları xilas etmək üçün gəlib. Bizim əziz peyğəmbərimiz təkcə müsəlmanlara aid olmadığı kimi “Quran” da yalnız müsəlmanlara məxsus deyil. “Quran” bütün insanlara məxsusdur”./mediaforum.az/