Allahşükür Paşazadə narazıdır

allahsukur-pasazade-narazidir
Oxunma sayı: 654

Qafqaz Müsəlmanları İdarəsi ümumilikdə bu il təşkil edilən ziyarətin yekunlarından razı qalıb. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ANS TV-yə açıqlamasında ziyarətin yaxşı keçməsi üçün əllərindən gələni etdiklərini, əvvəlki illərdən fərqli olaraq bu il zəvvarların xüsusi mühafizəsinin də təşkil edildiyini bildirib. Lakin ziyarət zamanı bəzi narazılıqlar da olub. Belə ki, Həccə yola düşəcək zəvvarlara Həcc əməllərini öyrətmək üçün Qafqaz Müsəlmanları İdarəsi kurslar təşkil etsə də, zəvvarların çoxu bu kurslara gəlməyib. İdarənin daha bir narazılığı isə ziyarət zamanı bəzi zəvvarların davranışı ilə bağlı olub.

"Çox heyfsilənirəm ki, insanlar hələ Həcc ziyarətini Avropa ilə müəyyən edirlər. Həccin özündə məşəqqət var, Allaha ibadət var. Peyğəmbər necə qanunlar qoyub, Minada, Ərəfatda qumun üstündə namaz qılıb. Onlar bu qanunları qismən saxlamağa çalışırlar bizim zəvvarlar da bunu qəbul edə bilmirlər", deyə Hacı Allahşükür Paşazadə qeyd edib.