Almaniya ilə siyasi məsləhətləşmələr başladı

almaniya-ile-siyasi-meslehetlesmeler-basladi
Oxunma sayı: 649

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, X.Xələfov səfəri çərçivəsində Federal Xarici İşlər Nazirliyində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndə, xüsusi tapşırıqlar üzrə səfir xanım Patrisiya Florla görüşüb. Görüşdə ikitərəfli siyasi və iqtisadi münasibətlər, o cümlədən enerji sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Avropa İttifaqı ilə Respublikamız arasında əməkdaşlığın inkişafı da müzakirə mövzusu olub.

X.Xələfov görüş zamanı Almaniya rəsmisinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə təcavüzünün ağır nəticələri və siyasi danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.

Tərəflər hər iki xarici siyasət idarələri arasında ənənəvi siyasi məsləhətləşmələrin növbəti raundunun 2012-ci il ərzində Bakıda keçirilməsi barədə razılığa gəlib.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.