Almaniya millisinin oyunçularına içki və qadın azadlığı-Video

almaniya-millisinin-oyuncularina-icki-ve-qadin-azadligi-video
Oxunma sayı: 681

Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yoahim Löv bildirib ki, futbolçuların Avropa çempionatı gündərində boş vaxtlarını necə keçirməsinə nəzarət etmək niyyətində deyil. “Oyunun səhəri günü futbolçular vaxtlarını rəfiqələri, həyat yoldaşları və uşaqları ilə keçirə bilərlər. Amma onlara futbolçularla gecəni qalmağa icazə verilib-verilməməsi barədə qərar qəbul etməmişik”, - ANS PRESS-in Sports.-ru-ya istinadən verdiyi məlumata görə, təcrübəli futbol mütəxəssisi deyib.

“Alkoqola gəldikdə isə, məni pivə və şəraba etirazım yoxdur. Əgər onlar cüzi miqdarda qəbul edilərsə… Mən heç kimə siqaret çəkməyə də qadağa qoymaq niyyətində deyiləm. Əsas məsələ, siqaret çəkmək istəyənlərin partnyorlarına mane olmamasıdır”, - “Bild” nəhri Yoahim Lövə istinadən yazır.

Qeyd edək ki, başqa millilərdə belə sərbəstliklər mövcud deyil.