Almaniyada İslam şəriəti ilə hökm verildi

almaniyada-islam-serieti-ile-hokm-verildi
Oxunma sayı: 640

Məlumata görə, gəlinə toy vaxtı 12 000 avroluq qızıl hədiyyə edən oğlan evi sadəcə 2 ay sonra baş vermiş boşanma səbəbilə gəlindən qızılları geri istəyib. Məhkəmə isə, İslami qaydalara görə verilən bu hədiyyənin boşanmış gəlinin həyatı üçün təminat sayıldığını bildirərək qızılların ondan geri alına bilməyəcəyinə qərar verib.

Məhkəmənin məruzəçisi Endryu Yaniş (Andreas Janisch) ənənəvi İslam qaydalarının boşanmış qadını qoruduğunu, bu anlayışın Almaniya konstitusiyası ilə paralellik təşkil etdiyini bildirib.

Alman ailələr arasında baş verə biləcək bu kimi mübahisənin nəticəsinin necə olacağını bilmədiyini deyən Yaniş Almaniya konstitusiyası ilə təzad təşkil etməyən hər cür fərqli hüquq prinsiplərindən məhkəmədə istifadə oluna biləcəyini qeyd edib.

anspress