Almanlar bu gün bizə neçə top vuracaq?

almanlar-bu-gun-bize-nece-top-vuracaq
Oxunma sayı: 764

Qeyd edək ki, Almaniya, Türkiyə, Belçika, Avstriya və Qazaxıstan ilə eyni qrupda yer alan komandamız artıq bu rəqiblərinin hamısı ilə ilk görüşünü keçirib. Almanlarla görüşlə millimiz bir növ bu seçmə tsiklin ikinci dövrəsinə start verir.

Baş tutmuş oyunlara gəlincə, ilk dueldə məhz bugünkü rəqibimizlə üz-üzə gəlmiş və səfərdə 1:6 hesablı biabırçı yenilgiylə üzləşmişdik. Ardından Avstriya ilə səfər oyununda da darmadağından qaça bilməmişdik - 0:3. Düzdü, məhz bu oyundan 1 neçə gün sonra evdə Türkiyə üzərində sensasion qələbəyə (1:0) sevinmişdik. Amma Belçika (1:4) və Qazaxıstanla (1:2) səfər oyunlarımızda da məğlubiyyətdən qaça bilməmişdik.

Almaniya isə yığmamızdan fərqli artıq 6 oyun keçirib və onların hamısını itkisiz, yəni qələbəylə başa vurub. Yoahim Lövün komandası Bakıda da qələbə qazanmaqla, artıq geridə qalan 3 oyunda uduzsa da belə, AÇ-nin final mərhələsinə vəsiqəni rəsmiləşdirmiş olacaq. Odu ki, bu gün keçiriləcək qarşılaşma Berti Foqtsun həmyerliləri üçün kifayət qədər prinsipial əhəmiyyətə malikdi. Axı Bundestimin əsas məqsədi AÇ-nin final mərhələsinə vəsiqəni Bakıda qazanmaqdı. İndiyə qədər 3 dəfə qarşılaşdığımz bu rəqiblə bütün duellərdən Foqtslu yığmamız məğlubiyyətlə (0:2, 0:4, 1:6) ayrılıb. Maraqlıdı, tarix yenə təkrarlanacaq, yoxsa hansısa sürprizin şahidi ola biləcəyik?

AÇ-2012-nin seçmə mərhələsi
А qrupu
7 iyun

22:00. AZƏRBAYCAN – ALMANİYA
Hakimlər: Mixail Koukoulakis, Xristos Baltas, Leonidas Vasileidais, Vasilios Pamporidis (hamısı Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

АZƏRBAYCAN: (təxmini heyət): Кamran Ağayev, Rail Məlikov, Rəşad Sadıqov, Vladimir Levin, Elnur Allahverdiyev, Ruslan Abışov, Rəşad Sadiqov, Aleksandr Çertoqanov, Vüqar Nadirov, Əfran İsmayılov, Rauf Əliyev.
ALMANİYA: (təxmini heyət): Мanuel Noyer, Filip Lam, Arne Fridrix, Mats Hummels, Marsel Şmelser, Toni Kroos, Tomas Müller, Lyuis Holtbi, Lukas Podolski, Mesut Özil, Mario Qomes.