Almanları ağladan oğlan

almanlari-agladan-oglan
Oxunma sayı: 654

İyunun 28-də AVRO-2012 futbol çempionatının ikinci finalçısı Almaniya və İtaliya milli komandalarının arasında keçirilən oyun zamanı məlum olub.

İtaliya futbolçuları parlaq və əzmkar oyunları sayəsində almanlara 2:1 hesabı ilə qalib gəliblər. Qoların hər ikisi oyunun birinci hissəsində gənc oyunçu Mario Balotelli tərəfindən vurulub.

Keçən dəfəki və bu oyunda italyanlar heç dəfə ənənəvi "italyan oyunu" oynamayaraq atletik futbola üstünlük veriblər, rəqiblərinə nisbətən daha çox hücum edib, qapılara daha çox zərbə enidiriblər.

"Alman maşını" isə bu dəfə tam gücü ilə işləyə bilməyiblər. Onlar yalnız oyunun uzatma dəqiqələrində penalti vurmaq hüququ qazanıblar və türk əsilli futbolçu Məsut Özil bu imkandan yararlanıb.

Ancaq almanların bundan artığına gücü çatmayıb və onlar meydançanı başıaşağı tərk ediblər.

Beləliklə, ikinci finalçı İtaliya komandası olub və İspaniya ilə qarşılaşmaq hüququ əldə edib.