Balotelli klubunu dəyişdi

balotelli-klubunu-deyisdi
Oxunma sayı: 1496

İtaliyalı hücumçu Mario Balotelli “Marsel”ə transfer olunub.

“Qafqazinfo” xəbər verir ki, 2,5 ildir “Nitsa” formasını geyinən 28 yaşlı hücumçu son zamanlar klubla yaşadığı problemlər səbəbindən oradan ayrılıb.

Balotelli “Marsel”lə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul” kimi klubların da formasını geyinən Balotelli daha çox intizamsız hərəkətləri ilə gündəmə olub.

“Nitsa”nın heyətində 61 oyunda 33 qol vursa da, bu mövsüm meydana çıxdığı 10 oyunda qapılara yol tapa bilməmişdi.