Balotelli “Milan”da

balotelli-milanda
Oxunma sayı: 649

“Qafqazinfo” xəbər verir ki, Balotelli azarkeşi olduğu “Milan” klubuna keçir və futbolçunun yeni klubu ilə 4 il yarım müddətinə müqavilə imzalamağı gözlənilir. “Mançester Siti” nin baş məşqçisi Roberto Mançini şıltaq futbolçusunun getməyinə dəfələrlə narazılığını bildirib amma “Siti” rəhbərliyi Balotellini satmaq qərarına gəlib.

Qeyd edək ki, “Milan” prezidenti Silviyo Berluskoni bu yaxınlarda italiyan futbolçunu çürük alma adlandırmışdı ancaq görünür prezident dediyi sözdən peşman olub və 22 yaşlı futbolçu üçün milyonlarla avro ödəməyə razıdır. Balotellinin transfer qiyməti hələ ki, dəqiq məlum deyil. Ancaq “Siti” futbolçunu minimum 24 milyon avroya satacağını elan edib.

İqbal