“Alternativ Parlament ideyası əsassızdır”

alternativ-parlament-ideyasi-esassizdir
Oxunma sayı: 646

Bunu “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın iflasa uğraması ilə bağlı olan fikirlərə münasibət bildirərkən deyib. Partiya başqanı siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, normal demokratik ölkələrdə bu praktika var: “Bütün demokratik ölkələrdə siyasi partiyalar dövlət tərəfindən maliyyələşir və bu onların azadlığını məhdudlaşdırmır, əksinə onların müstəqilliyinə xidmət edir”.

Müsavat başqanı açıqlamasında Alternativ Parlament ideyasının da əsassız olduğunu vurğulayıb: “Biz İctimai Palatanı vətəndaş hərəkatı kimi yaratmışıq və hesab edirik ki, o, bu gün ən güclü və situasiyaya uyğun bir təşkilat kimi fəaliyyət göstərir”.


Fatimə Kərimli