Altı bəndlik istiqlalımız – Azərbaycanın İstiqlal Bəyannaməsi - Fotolar

<b>Altı bəndlik istiqlalımız – Azərbaycanın İstiqlal Bəyannaməsi - <font color=red>Fotolar</b></font>
Oxunma sayı: 463

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan olundu. Azərbaycanın İstiqlal Bəyannaməsi Azərbaycan Milli Şurasının 24 üzvünün səsverməsi ilə qəbul olundu:

Azərbaycan Milli Şurasının qəbul etdiyi “İstiqlal Bəyannaməsi”ndə deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı həqqi-hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkinden və cinsindən asılı olmayaraq öz sərhədləri daxilinde bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplaşana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura ve Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi