Alyans Xocalı soyqırımı ilə bağlı aksiyalara start verdi

alyans-xocali-soyqirimi-ile-bagli-aksiyalara-start-verdi
Oxunma sayı: 652

Alyansın əlaqələndiricisi Rufiz Qonaqov “Qafqazinfo”ya bildirib ki, bu gündən etibarən, yəni fevral ayının 2-dən Alyans Xocalı soyqırımı ilə bağlı aksiyalara start verir. Şura toplantısında, həmçinin bildirilmişdir ki, Alyans Şurası ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə görüşdə də bu məsələ ciddi müzakirə edilmiş və dəstəklənib.
Daha sonra tədbirlər planı müzakirə edilərək qəbul edilib və Alyansın Şura üzvü Xanoğlan Əhmədovun rəhbərliyi ilə bu tədbirlərin keçirilməsi üzrə İşçi Qrupu yaradılıb. Tədbirlər planına, əsasən bu gündən etbarən, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xocalı Soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün internet aksiyasına start verilib. İlkin olaraq, Alyans üzvləri Facebook sosial şəbəkəsindəki səhifələrində profillərini dəyişərək, Xocalı faciəsini əks etdirən şəkillər yerləşdirəcək və onu paylaşacaqlar. Eləcə də bütün Facebook istifadəçilərinə bu kampaniyaya qoşulmaları ilə bağlı müraciət ediləcək. Soyqırım aksiyalarının yekunu olaraq, fevral ayının 16 və 17-də çoxsaylı QHT-lərin və KİV-lərin iştirakı ilə geniş toplantıların keçirilməsi qərara alınıb.