A.M.A.Y vaxtı uzadır

amay-vaxti-uzadir-
Oxunma sayı: 682

Qeyd edək ki, bundan əvvəlki prosesdə belə bir məlumat açıqlanmışdı ki, tərəflər kredit borcunun ödənilməsi ilə bağlı artıq razılığa gəliblər və yaxın günlərdə A.M.A.Y ödəmələrə başlayacaq. Məhkəmə isə ödəmələrin başlanmasını və borcun artıq qaytarıldığını nəzərə alan hökm çıxarmalı idi. Elə proses də buna görə uzanırdı. Lakin bu müddətdən bir aya yaxın vaxt keçməsinə baxmayaraq proses yekunlaşmır. Daha doğrusu A.M.A.Y ödəmələrə hələ ki, başlamayıb. Qeyd olunduğu kimi isə artıq bu gün ittiham olunan tərəflər növbəti dəfə hazır olmadıqlarını bildirərək vaxtı uzadıblar.

Xatırladaq ki, sözügedən şəxslər Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunurlar. Onlar Texnikabankdan aldıqları kreditləri götürdükləri öhdəliyə uyğun ödəmədiklərinə və təyinatı üzrə xərcləmədiklərinə görə ittiham olunaraq, məsuliyyətə cəlb olunublar.

Səidə