Amerika məhkəməsindən müsəlman müəlliməyə dəstək

amerika-mehkemesinden-muselman-muellimeye-destek
Oxunma sayı: 763

Qərara əsasən, bu qurum keçmiş müəllimə Safura Xana (Safoorah Khan) 75 min dollar məbləğində kompensasiya verməlidir. Səbəb isə xanımın işlədiyi məktəb rəhbərliyinin ona Həccə getməsinə icazə verməməsidir.

Safura 2008-ci ildə İllinoys ştatındakı orta məktəblərdən birində müəllimə işləyirmiş. Həmin il o, Həcc ziyarətinə getmək üçün yerli təhsil departamentindən məzuniyyət istəyib. Lakin ona deyiblər ki, ya öz hesabına getməlidir, ya da işdə qalmalıdır. “İş ya inanc” dilemması qarşısında qalan Safura Xan sonda ikincini seçir və ərizəsini yazıb işdən çıxır.

Məkkəyə gedib-qayıdandan sonra isə 30 yaşlı müəllimə təhsil departamentini məhkəməyə verir. İddia ərizəsində bildirir ki, ona işdən məzuniyyət verilməməsi dini etiqad azadlığının pozulmasına gətirib çıxarır.

Səfurə Xan məhkəmənin onun xeyrinə qərar çıxarmasını alqışlayır: “Mənim məhkəmədə udmağıma çox sevinirəm. Çünki bu, bir presedent yaradacaq. Yəqin bundan sonra işə götürənlər müsəlmanların dini etiqadlarına daha hörmətlə yanaşar”.

“Daha insanlar dini inanc və iş yeri arasında seçim etməyə məcbur almayacaq”, deyə İllinoys ştatının baş prokurorunun müavini Tomas Peres bildirib.

Ədliyyə Nazirliyi gələcəkdə bu cür insidentlərin baş verməsinin qarşısını almaq üçün təhsil idarəsi qarşısında digər tələblər də qoyub. Belə ki, departament yerli qanunvericiliyə uyğun olaraq insanların dini tələbatlarının ödənilməsi üçün kompleks tədbirlər planı hazırlamalıdır.

Bundan əlavə, qərara əsasən, təhsil departamenti məktəb inspektorları üçün dini sorğuların cavablandırılması üzrə məcburi təlimlər təşkil etməlidir.

AzadlıqRadiosu