Amerikadakı ermənilər İlham Əliyevə qarşı aksiya keçirəcək

amerikadaki-ermeniler-ilham-eliyeve-qarsi-aksiya-kecirecek
Oxunma sayı: 642

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, “Ay Dat” (erməni məsələsi) komitəsinin Vaşinqton ofisinin mətbuat katibi Yelizavet Çulcyan “Azadlıq” radiosuna müsahibəsində bu faktı təsdiqləyib: “Şübhəsiz ki, ABŞ-ın erməni icması cənab Əliyevi “qarşılamağa” və Azərbaycanın Ermənistana, eyni zamanda Qarabağa hücumları məsələsini müzakirə etməyə hazırdır. Bu səfər media və bizim siyasi liderlərlə danışmaq üçün bir fürsətdir. Sonda, ABŞ rəhbərliyi və Konqres Ermənistan və Qarabağa münasibətdə təcavüzkar davranış və təhdidlərin qəbuledilməz olması ilə bağlı Azərbaycana dəqiq siqnal verməlidir”.

Qeyd edək ki, prezidenti İlham Əliyev mayda Nyu-Yorkda səfərdə olacaq.

Səidə