Amerikalı jurnalisti döyənlərdən daha bir nəfər yaxalandı

amerikali-jurnalisti-doyenlerden-daha-bir-nefer-yaxalandi-
Oxunma sayı: 681



ABŞ-dan olan jurnalist Amada Eriksona və Böyük Britaniyadan olan jurnalist Celia Dakesə qarşı xuliqanlıq edən daha bir nəfər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, onlara qarşı xuliqanlıqda iştirak edən digər iştirakçı Babək rayon sakini Nazim Hüseynov DİN BCAİ, Bakı şəhər BPİ CAİ, Yasamal RPİ CAŞ və 26-cı PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 27-də yaxalanıb.