Amerikalı senatorun çılpaq fotoları yayıldı

amerikali-senatorun-cilpaq-fotolari-yayildi
Oxunma sayı: 808

“Qafqazinfo”nun məlumatına görə, Vayner fotolarını Twitter vasitəsilə müxtəlif qadınlara göndərib. Senator fotoların ona aid olduğunu etiraf edib: “Fotolar mənə məxsusdur. Çox dəyər verdiyim, mənə inanan insanları üzdüm. Buna görə çox peşmanam. Ailəmdən, dostlarımdan və mənə dəstək olan insanlardan üzr istəyirəm. Gördüyüm işlərdən utanıram”.

Gözyaşları ilə üzr istəyən Vayner istefa etməyəcəyini də əlavə edib: “Məsuliyyətimi qəbul edirəm. 13 il bölgə əhalisi üçün çalışdım, 20 ilimi siyasətə verdim. Ümid edirəm bunun dərin hüzn duyduğum bir səhv olduğunu qəbul edərlər”. Bir çox qadınla internet vasitəsilə münasibət qurduğunu etiraf edən Vayner internetdə yayılan alt paltarlı fotonun da ona aid olduğunu boynuna alıb.

Qeyd edək ki, Vayner ABŞ-ın Xarici işlər naziri Hilari Klintonun müşaviri Huma Abedinin həyat yoldaşıdır . Onlar cəmi bir ildir ki ailəlidirlər.