AMİP cəmiyyətdəki gərginlikdən narahatdır

amip-cemiyyetdeki-gerginlikden-narahatdir
Oxunma sayı: 668

Müzakirələrdən sonra Siyasi Şura partiyanın Mərkəzi Şurasının toplantısının 9 oktyabr 2011-ci ildə Bakı şəhərində çağrılması haqqında qərar gəbul edib.

AMIP Siyasi Şurası Dağlıq Qarabağın separatçı rejiminın keçirdiyi “bələdiyyə seçkilərini” qeyri-qanuni sayaraq, bunun istər münaqişənin nizamlanması istiqamətində aparılan sülh prosesinə, istərsə də regiondakı sabitliyə və təhlükəsizliyə ciddi təhdit kimi qiymətləndirib. Bununla bağlı Siyası Şura dünya ictimayyətini qondarma rejimin beynəlxalq hüquq normalarına sayğısız yanaşmasına təpki göstərməyə çağırıb.

Siyasi Şura Güney Azərbaycanda cərəyan edən proseslərə daha çox diqqət yetirilməsini və partiyanın bu yöndə müxtəlif səpkili tədbirlərin keçirməsini vacib sayıb.

AMİP Siyasi Şurası ölkədəki gərginliyin daha da dərinləşməsindən, cəmiyyətə və siyasi təsisatlara davamlı təzyiqlərdən, 2 aprel aksiyaçılarına qarşı qurulan siyasi məhkəmələrdə baş verən neqativ hallardan narahatlığını bildirərək, hakimiyyəti demokratik dəyərlərə və insan haqlarına hörmətlə yanaşmasını tələb edib.